Author Archives: asif
Vinq-Çun üzrə 3-cü Azərbaycan birinciliyi və çempionatı keçirildi.
- Nov
- 19
11 noyabr 2023-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində, Vinq-Çun üzrə 3-cü Azərbaycan birinciliyi və çempionatı keçirildi. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən bu yarışda 20- klubdan 250 dən çox idmançı qələbə uğrunda mübarizə apardılar. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin, bir sıra federasiya […]
read moreUşu üzrə Balkan çempionatı başa çatıb.
- Sep
- 02
Türkiyənin Ədirnə şəhərində keçirilən uşu üzrə açıq Balkan çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, həmçinin idmançıların ailə üzvləri qarşılayıblar. Xatırladaq ki, uşu üzrə Azərbaycan milli komandası Türkiyənin Ədirnə şəhərində keçirilən açıq Balkan çempionatında 4 qızıl, 2 gümüş və 7 bürünc medallar qazanıb.
read moreWing Chun üzrə 11-ci dünya çempionatı başa çatıb.
- Sep
- 02
Honq-Konqda avqustun 14-dən 18-dək Çin Döyüş Növləri üzrə 15-ci Beynəlxalq Uşu Müsabiqəsi və Vinq-Çun üzrə 11-ci dünya çempionatı keçirilib. Otuz ölkədən 2 mindən çox atletin iştirak etdiyi yarışmada ölkəmizi Vinq Çun Federasiyasının 12 idmançısı təmsil edib. Onlar yüksək nəticə göstərərək 6 qızıl və 4 gümüş medal qazanıblar. Yeniyetmələr arasında birinci yerləri Nailə Əliyeva (Vinq Çun […]
read moreAzərbaycan Çin Döyüş Növləri Assosiasiyası Çin səfirliyinə dəvət olunub
- Aug
- 08
07.08.2023-cü il tarixində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının rəsmiləri ilə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Guo Min arasında rəsmi görüş baş tutub. Görüşdə assosiasiyanın prezidenti Asif Sayadov və vitse-prezidentlər Azər Həsənsoy, Nurlan Aslanov və Ramin Əliyev iştirak ediblər. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində baş tutan rəsmi görüşdə nitq çıxışı ilə sözə başlayan assosiasiyanın rəhbəri […]
read moreAzərbaycan Çin Döyüş Növləri Assosiasiyası ilk iclasını keçirib.
- Jul
- 22
Assosiasiyanın strukturunda yeni təyinatlara ehtiyac duyulduğunu, namizdələrin seçilməsinin, yük bölgüsünün nizamlanmasının vacibliyini vurğulayıb. Asif Sayadov çıxışında bildirib ki, assosiasiyada bir araya gətirilən Çin döyüş növlərinin birliyi, resursların birləşdirilməsi, təcrübə və bilik mübadiləsi, idarəetmə və təşkilat məsələlərinin daha effektiv şəkildə həll edilməsi, birgə tədbirlər, seminarlar və yarışlar təşkil etmək üçün daha böyük imkanların olmasına xidmət edəcək. […]
read moreAzərbaycan Çin Döyüş Növləri Assosiasiyası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunaraq, “İdman Assosiasiyası”statusunu qazandı
- Jul
- 16
- Posted by asif
- Posted in Uncategorized, Xəbərlər
İyulun 13-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda həmçinin, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. “Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası” İctimai Birliyinin inkişaf etdirdiyi idman növləri (uşu, […]
read moreAzərbaycan Vinq Çun Federasiyası “Heydər Əliyev İli”-nə həsr olunan “Açıq Bakı Turniri” keçirib.
- Mar
- 13
Azərbaycan Vinq Çun Federasiyası “Heydər Əliyev İli”-nə həsr olunan “Açıq Bakı Turniri” keçirib. Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarışda, idmançılar iki versiyada – “vinq çun-kontakt” və “vinq çun-taolu” üzrə gücünü sınayıblar. Ümumilikdə 21 çəki dərəcəsində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında gərgin mübarizə gedib. Yarışın açılış mərasimində bir sıra federasiya rəsmiləri, TV və […]
read moreUşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb
- Mar
- 11
Yunanıstanın Afina şəhərində uşu-kunq fu üzrə Avropa çempionatını Azərbaycan komandası 12 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub. Yarışın son günündə yeniyetmələr arasında sanda yarışlarında Elçin Muradov (45 kq), gənclər arasında Cəlal Seyidov (48 kq), Raul Qasımzadə (52 kq), Bahadur Əhmədov (60 kq), Həsən Mehdi (65 kq), Xətai Nemətli (75 kq), Kənan Həsənli (90 […]
read moreƏməkdar məşqçi: İdman sağlam gələcəyin sütun təməlidir
- Mar
- 11
Valideynlərə övladlarının sağlam gələcəkləri üçün idmana yönəltmələrini məsləhət görürəm. Çünki idman sağlam gələcəyin sütun təməlidir. İdmançılarımıza yeni nailiyyətlər arzu edirəm. Bütün idmançıları və idmansevərləri Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edirəm. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Vinq Çun Federasiyasının prezidenti, Əməkdar məşqçisi Asif Sayadov deyib. Federasiyanın prezidenti bildirib ki, bütün idman ictimaiyyəti bu günü […]
read more