+99455 353 17 50 | [email protected]

Rəhbərlik

ASİF SAYADOV – ASSOSİASİYANIN PREZİDENTİ

İDARƏ HEYƏTİNİN SƏDRİ 

Asif Sayadov 01.06.1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulub. Ali təhsillidir,  1999-cu ildə  Bakı Biznes Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini, 2014-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Çin döyüş növləri üzrə dəfələrlə dünya çempionu və mükafatçısı, Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi” Azərbaycan Vinq Çun Federasiyasının təsisçisi və prezidentidir. 2010-cu ildən Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının  və  Dünya Vinq Çun Birliyinin Azərbaycan üzrə yeganə təmsilçisi və rəsmi nümayəndəsidir. 2023-cü ildən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidentidir.

AZƏR HƏSƏNSOY – I VİTSE-PREZİDENT

 

Azər Həsənsoy 15 iyun 1960-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi–riyaziyyat fakültəsində təhsil almışdır. Azərbaycanın Əməkdar Bədən tərbiyəsi və İdman xadimi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının I vitse-prezidenti, Azərbaycan Uşu Federasiyasının Prezidentidir. Avropa Uşu Federasiyasının İdarə Heyətinin üzvüdür. Ənənəvi-Uşu üzrə dünya çempionu və mükafatçısıdır.

NURLAN ASLANOV –  VİTSE-PREZİDENT

Nurlan Aslanov Dilqəm oğlu 21.04.1985-ci ildə Bakı şəhərində doğulub. 1992-2003-cü ildə xarici dillər təmayüllü gimnaziyanı bitirib. 2003-2007-cil ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. 2008-2010-cu ildə Kanada Toronto şəhəri BROCK universitetinin MBA məzunu olub. Kunq fu-sanda üzrə dəfələrlə Respublika,dünya çempionu və Avropa mükafatçısı olub. Azərbaycan Kunq Fu Federasiyasının prezidentidir. 2003-cü ildən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının vitse-prezidentidir.

İLQAR MUSTAFAYEV –  VİTSE-PREZİDENT

İlqar Mustafayev Valeh oğlu 28.02.1988 Bakı şəhərində anadan olub.
Atatürk liseyini bitirmişdir. 2009-cu ildə İqtisad universiteti Türk İşletme fakultesinin bakalavr məzunu olmuşdur.

Vinq Çun döyüş sənəti ilə məşğul olmuşdur. Bu döyüş sənəti üzrə bir sıra beynəlxalq seminarlarda iştirak etmişdir. 2018- ci ildən etibarən Azərbaycan Vinq Çun Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse prezidentidir.
2021-ci ildə Frankfurt School of Finance and Management – Beynəlxaq Səhiyyənin İdarə olunması MBA məzunudur.
Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsində çalışır.  2023-cü ildən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının vitse –prezidentidir.

MAHMUD MEHTİOĞLU –  İDARƏ HEYƏTİN ÜZVÜ

Mehtioğlu Mahmud Nuraddin oglu 1972-ci il Gurcustan Respublikasinin Bolnis Kəpənəkçi kəndində anadan olmuşdur.
Ali təhsillidir, 1996 -ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsini,2002-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasinin Dəniz Mühəndisliyi fakültəsini bitirmisdir. Azfen BM Rəhbər vəzifəsində çalısır. 2019-cu ildə Çinin Foşan şəhərində keçirilən Wing Chun üzrə dünya çempionatında Chi Sao üzrə Dünya mükafatçısı olmuşdur. Azərbaycan Vinq Çun federasiyasının ümumi işlər üzrə vitse-prezidentidir.

BABƏK ƏLİYEV –  İDARƏ HEYƏTİN ÜZVÜ

 

EHRAM MƏCİDOV –  İDARƏ HEYƏTİN ÜZVÜ

 

ELÇİN EMİNOV –  İDARƏ HEYƏTİN ÜZVÜ

 

BAHRƏDDİN SƏLİMOV –  İDARƏ HEYƏTİN ÜZVÜ