+99455 353 17 50 | [email protected]

Uşu üzrə Balkan çempionatı başa çatıb.

Türkiyənin Ədirnə şəhərində keçirilən uşu üzrə açıq Balkan çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.

İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, həmçinin idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, uşu üzrə Azərbaycan milli komandası Türkiyənin Ədirnə şəhərində keçirilən açıq Balkan çempionatında 4 qızıl, 2 gümüş və 7 bürünc medallar qazanıb.